"Neftçi” 9900 manat borcu gecikdirir - FOTOFAKT

14 İyun 2023 21:20 Neftçi 1 045
"Neftçi” 9900 manat borcu gecikdirir - FOTOFAKT

Cavidan Rəhimli “Neftçi”dən pulunu ala bilməməsinə görə narahatdır.

Paytaxt təmsilçisi sözügedən futbolçunun şikayəti əsasında Oyunçuların Statusu və Transferi Komitəsinin 6 mart 2023-cü il tarixində çıxardığı qərarın tələbini yerinə yetirmir.

Cavidan əvəzedici komandada çıxış etdiyi vaxt “Neftçi”nin onunla müqaviləni birtərəfli qaydada pozmasından şikayətçi olaraq məlum komitəyə müraciət etmiş, yekunda qalib gəlmişdi.

Qərara əsasən “ağ-qaralar” futbolçuya 9900 manat ödəməlidir.

Qərarla razılaşmayan “Neftçi” sonradan apellyasiya şikayəti vermişdi ki, şikayət təmin edilməmişdi. Apellyasiya Arbitraj Tribunalı 5 may 2023-cü ildə klubun 9900 manat məbləğində borcu iddiaçıya ödənilməsinə dair qərar çıxarmışdı.

Tribunalın çıxardığı qərarın üstündən 1 aydan vaxt keçib. “Neftçi” hələ də vəsaiti qarşı tərəfə ödəməyib.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti