Audiovizual Şura "Neftçi TV"yə yayım lisenziyası verib.
Bu barədə Şuranın iclasında qərar qəbul olunub.
Müzakirələrdən sonra "Neftçi Media" MMC-yə (televiziya redaksiya adı "Neftçi TV"), "TVNET Telecom" MMC-yə (televiziya redaksiya adları "TVNET Kino" və "TVNET Sport") peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyalarının verilməsi barədə müvafiq qərarlar qəbul edilib.
Klubun Mətbuat və Marketinq Departamentinin rəhbəri Rüstəm Allahverdiyev Sportinfo.az-a açıqlamasında bildirib ki, artıq kabel televiziyası olaraq fəaliyyətlərini davam etdirməyə hazırdırlar:
“Tezliklə bir neçə provayder şirkətlə danışıqlara başlayacağıq. Bazarı öyrənmişik və əminik ki, “Neftçi TV” tezliklə bu sahədə uğur qazanacaq.
Azərbaycanın hər yerində “Neftçi” azarkeşi var. Bu, yeni və mühüm çağırışdır.Auditoriyanı genişləndirmək üçün gözəl imkan yaranıb”.

