Bu, SÜRPRİZ TRANSFER olacaq – “Qarabağ”dan “Neftçi”yə?

14 İyun 2023 13:00 Neftçi 40 342
Bu, SÜRPRİZ TRANSFER olacaq – “Qarabağ”dan “Neftçi”yə?

Millinin sabiq yarımmüdafiəçisi Qara Qarayev yeni mövsümə “Neftçi”də başlaya bilər.

Emin Mahmudovun komandanı tərk etmək ehtimalını nəzərə alan bakılılar işini ehtiyatlı tutub.

“Ağ-qaralar” müxtəlif şəxslər vasitəsilə “Qarabağ”lı ilə əlaqə qurub. Ona 3 illik müqavilə təklif olunub.

Qara başa çatan mövsümün ikinci hissəsində az şans qazanıb. Julio Romaonun ehtiyatında qalan dayaq yarımmüdafiəçisinin “Qarabağ”la müqaviləsi başa çatıb.

Son Azərbaycan çempionu yetirməsinin burada qalmasını istəyir. Amma ortalığa qoyulan kontraktın müddəti cəmi 1 ildir.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti