"Neftçi"nin bu yay yolları ayıracağı futbolçulardan biri də Vüsal Əsgərov olacaq.
Paytaxt təmsilçisi öz yetirməsini icarəyə verməyə hazırlaşır.
İlk müştəri də artıq qapıdadır.
Söhbət Gəncənin "Kəpəz" komandasından gedir.
Qərb təmsilçisinin yeni baş məşqçisi Azər Məmmədov 21 yaşlı yarımmüdafiəçinin xidmətində maraqlıdır.
Orta xətt oyunçusu başa çatan mövsüm 2-si Premyer Liqa, biri ölkə kuboku olmaqla cəmi 3 oyunda Regekampf tərəfindən şans qazanıb.
Gənclər millizimizin də üzvü olan istedadlı futbolçu ümumilikdə "Neftçi" formasında keçirdiyi 15 matçda 1 qolla yadda qalıb.
XANOĞLAN / SPORTİNFO.AZ

