“Əgər “Neftçi”də nöqtə qərarlar verilməsə…” - BU VİDEOYA BAXIN!

13 İyun 2023 17:40 Neftçi 1 192
“Əgər “Neftçi”də nöqtə qərarlar verilməsə…” - BU VİDEOYA BAXIN!

“Neftçi” rəhbərliyi bunu çox götür-qoy etməlidir ki, indən belə işləri nə cür qursunlar”.

Bu fikirləri futbol eksperti Emin Abbasov səsləndirib.

“Sabah”ın sabiq idman direktoru ATV kanalında yayımlanan “Futbolumuz” verlişində “Neftçi”də görülməsi gərəkən işlər haqda danışıb:

“Dəqiqləşdirməlidirlər ki, kimlə yola davam etməlidirlər, hansı maliyyə və tapşırıqlarla. Əvvəl “Qarabağ” kimi bir iddialı rəqib var idisə, bu gün artıq rəqiblərin sayı ikidir.

Belə hiss olunur ki, “Sabah” gələn mövsüm bundan daha yaxşı olacaq. Böyük ehtimalla, maliyyəni bir qədər də artıracaqlar.

“Neftçi”ni rahat gələcək gözləmir. Əgər nöqtə qərarlar verilməsə, elə gələn mövsüm də indiki kimi bir vəziyyət yarana bilər”.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti