“Neftçi”nin yeni mövsümə aid bütün planlarına iyunun 15-dək aydınlıq gələcək. Müşahidə Şurasının sədri,
SOCAR-ın prezidenti Rövşən Nəcəfin klubun rəhbər personalı ilə görüşü gözlənilir.
Burada Lorentsiu Regekampfın da iştirakı nəzərdə tutulur.
Baş məşqçi mövsümün yekunlarına dair hesabat verəcək, Premyer Liqa və kubok mübarizəsində uğursuz çıxışın səbəblərini izah edəcək.
Şuranın digər üzvlərinin də toplantıya qatılması ehtimal olunur. Burada bir sıra mühüm qərarların verilməsi istisna edilmir. Büdcə, yeni hədəflər, infrastruktur kimi məsələlərə baxılacaq.
SPORTİNFO.AZ

