“Neftçi” Regedən qurtulmaq üçün.. MƏBLƏĞ ÇOX DEYİL

12 İyun 2023 19:00 Neftçi 1 724
“Neftçi” Regedən qurtulmaq üçün.. MƏBLƏĞ ÇOX DEYİL

Mövsümü uğursuz başa vuran “Neftçi”də baş məşqçi dəyişikliyi gözləniləndir.

Klub rəhbərliyi bu günə qədər məlum məsələ ilə bağlı qərar verməsə də, qarşıdakı günlərdə yeniliyin olacağı şübhə doğurmur.

“Neftçi” başbilənləri üçün gündəm mövzusu Laurentsiu Regekampfı yola salmaq, qısa müddətdə yeni baş məşqçi tapmaq və komandanı Avropa Konfrans Liqasına hazırlamaqdır.

“Ağ-qaralar” rumıniyalı çalışdırıcıya qapını göstərmək üçün 150 min dollarından keçməlidir.

Ötən ilin iyununda imzalanan 2 illik müqavilə sənədində birtərəfli ayrılıq üçün məhz bu məbləğ nəzərdə tutulub. “Neftçi” 2024-cü ilin yayına qədər Regenin xidmətindən imtina etsə, 150 min ödəməlidir. Həmçinin, rumın özü getmək fikrinə düşsə, göstərilən vəsaiti klubun büdcəsinə köçürməlidir.

Göründüyü kimi, ayrılıq məbləği elə də böyük deyil. Paytaxt təmsilçisi 150 min dollar ödəməklə Azərbaycanda uğursuzluq yaşayan məşqçidən üzülüşə bilər.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti