“Baxırsan ki, belə olmalı deyil.
Futbolçu əvəzlənir, nümayişkaranə surətdə baş məşqçiyə çiyin atıb gedir”.
Bu fikirlər futbol eksperti Emin Abbasova məxsusdur.
Tanınmış teleşərhçi ATV kanalında yayımlanan “Futbolumuz” verlişində “Neftçi”dəki ab-havanın korlandığını bildirib.
Eddi İsrafilovun baş məşqçi Lorentsiu Regekampfa qarşı sayğısız davranışını tənqaid edən Abbasov bunları söyləyib:
“Ehtiyatda olan qapıçı Aqil Məmmədov ikinci hissədə ayağa qalxıb komandanı irəli səsləyir, sanki drijorluq edir. O, şəxsən mənim hörmət elədiyim futbolçulardan biridir. Liderlik xarakteri var.
Yəqin həmin anda fikirləşib ki, Regedən bir şey çıxası deyil. Xeyli müddət ayaq üstündə dayandı.
Sanki məşqçini görmürdü. Özü durub başladı məşqçilik etməyə.
Bir komandada bu dərəcədə xaos varsa, artıq faciədir. Burada faciəvi durum yalnız kubokun əldən getməsi deyil.
Belə hiss olunur, baş məşqçi, onun məşqçi heyəti, futbolçular, rəhbərlik – hamı arasında subardinasiya itib. Ona görə də nələrsə mütləq şəkildə dəyişməlidir”.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

