Emin Mahmudovla “Neftçi” arasında 100 MİNLİK ƏNGƏL

12 İyun 2023 09:40 Neftçi 2 789
Emin Mahmudovla “Neftçi” arasında 100 MİNLİK ƏNGƏL

“Neftçi” ilə Emin Mahmudov arasınfa bağlar demək olar qopub.

Kapitan 2017-ci ildən formasını geyindiyi “ağ-qaralar”la danışıqları dayandırıb.

Səbəb məlumdur – tərəflər yeni müqavilə şərtlərində heç cür ortaq məxrəcə gələ bilmir.

Bakılılar yarımmüdafiəçiyə son olaraq 400 min dollar təklif edib. Bu, kontraktın yalnız əməkhaqqı hissəsidir.

Paytaxt təmsilçisi qarşıdakı avrokuboklar sezonunda Konfrans Liqasının qrup mərhələsinə vəsiqə qazanarsa, hömçinin ölkədaxili turnirlərdə titul əldə eləyərsə, ona böyük miqdarda bonus ödəniləcək.

Millinin də formasını geyinən orta sahə oyunçusu son çağırışa da barmaqarası yanaşıb.

O, illik ödəmənin yarım milyon dollar qaldırılmasını istəyib və bu rəqəmdən 1 sent də aşağı düşməyəcəyini qarşı tərəfə söyləyib..

31 yaşlı, böyük ehtimalla, Cənubi Koreyaya yollanacaq. Mahmudov artıq sözügedən ölkənin yüksək dəstəsində mübarizə aparan “Jeonbuk Hyundai Motors”la anlaşıb.

Bu barədə məlumat dünyanın aparıcı saytlarından olan “transfermarkt”də də əksini tapıb.

Eminin ötən mövsümü ikinci pillədə başa vuran klubla hansı müddətə və hansı məbləğə razılaşması haqda bilgi yoxdur.

2017-ci ildən “Neftçi”nin formasını geyinən Mahmudov başa çatan mövsümdə Premyer Liqada meydana çıxdığı 36 oyunda 17 qol vurub, 9 assist edib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti