COP29

SON DƏQİQƏ: Emin Mahmudov “Neftçi”ni bu kluba dəyişdi - FOTO

11 İyun 2023 23:40 Neftçi 26 216
SON DƏQİQƏ: Emin Mahmudov “Neftçi”ni bu kluba dəyişdi - FOTO

Emin Mahmudovla bağlı dedi-qodulara nəhayət ki, son qoyuldu.

Azərbaycan millisinin üzvü karyerasını böyük ehtimalla Koreyada davam etdirəcək.

31 yaşlı yarımmüdafiəçi sözügedən ölkənin yüksək dəstəsində mübarizə aparan “Jeonbuk Hyundai Motors”la anlaşıb.

Bu barədə məlumat dünyanın aparıcı saytlarından olan “transfermarkt”də əksini tapıb.

Eminin ötən mövsümü ikinci pillədə başa vuran klubla hansı müddətə və hansı məbləğə razılaşması haqda bilgi yoxdur.

2017-ci ildən “Neftçi”nin formasını geyinən Mahmudov başa çatan mövsümdə Premyer Liqada meydana çıxdığı 36 oyunda 17 qol vurub, 9 assist edib.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti