“Kəpəz”in sükanı arxasına keçmək üçün iş yerindən ayrıldı

10 İyun 2023 16:40 Neftçi 3 194
“Kəpəz”in sükanı arxasına keçmək üçün iş yerindən ayrıldı

“Səbail”in məşqçisi Azər Məmmədov buradan ayrılıb.

Ötən ilin dekabrından Şahin Diniyevin korpusunda yer alan mütəxəssisin yeni ünvanı da məlumdur - “Kəpəz”.

Tərlan Əhmədovla müqavilənin müddətini uzatmayan Gəncə təmsilçisi ən qısa zamanda bu təyinatı rəsmən ictimaiyyətə duyuracaq.

O, 1+1 illik müqaviləyə imza atıb və iyunun sonuncu ongünlüyündən etibarən fəaliyyətə başlayacaq.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti