"Neftçi"nin maraq dairəsində olan hücumçu gələcəkmi?

10 İyun 2023 02:20 Neftçi 3 030
"Neftçi"nin maraq dairəsində olan hücumçu gələcəkmi?

"Tirana"nın forvardı Florent Hasaninin karyerasını Azərbaycanda davam etdirmək şansının olması barədə xəbər vermişdik.

Sportinfo.az xəbər verir ki, sportal.az-a verilən məlumata görə, Albaniya klubu kosovolu forvardı azad agent kimi buraxmaq niyyətində deyil.

"Sabah" və "Neftçi"nin transfer siyahısında olduğu iddia edilən hücumçunun özü Azərbaycanda oynamaq istəyindədir.

Bu barədə futbolçu özü bir müddət əvvəl saytımıza açıqlamasında bildirmişdi. Məlumata görə, Hasani ən yaxşı halda avrokuboklardan sonra Azərbaycana gələ bilər.

Belə ki, "Tirana" rəhbərliyi ondan Konfrans Liqası oyunlarında komandaya kömək etməsini istəyib. Məhz bundan sonra onun Albaniyadan ayrılığı gerçəkləşə bilər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti