“Neftçi” baş məşqçisi ilə yolları ayırmaqla bağlı razılığa gəldi?

10 İyun 2023 00:30 Neftçi 2 150
“Neftçi” baş məşqçisi ilə yolları ayırmaqla bağlı razılığa gəldi?

"Neftçi" istefaya göndərməyə hazırlaşdığı baş məşqçisi Laurentsiu Regekampfa təzminat ödəməyəcək.

Sportinfo.az "romaniatv.net" saytına istinadən xəbər verir ki, tərəflər qarşılıqlı razılıq əsasında yolları ayırmaqla bağlı anlaşıblar.

İddiaya görə, rumıniyalı mütəxəssis əvvəlcə "ağ-qaralar"dan 100 000 avro təzminat tələb etsə də, sonradan fikrini dəyişib.

Daha əvvəl Laurentsiu Regekampfın Səudiyyə Ərəbistanı və Qətərdən təkliflər aldığı bildirilib.

Laurentsiu Regekampfın “Neftçi” ilə müqaviləsi 2024-cü ilin yayına qədərdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti