"Neftçi"nin indiki gününə sabiq legioneri də biganə qalmadı - VİDEO

12 İyun 2023 22:20 Neftçi 1 090
"Neftçi"nin indiki gününə sabiq legioneri də biganə qalmadı - VİDEO

"Neftçi" tarixinin ən uğursuz günlərini yaşayır.

Komandanın mövsümü titulsuz başa vurmağı bir kənara, gələcəklə bağlı ümid verən proseslər də diqqət çəkmir.

Kluba bağlı azarkeşlər, sabiq futblçular, rəsmilər isə yalnız ötən günləri yada salmaqla təsəlli tapmağa çalışır.

Onların arasında gürücütanlı Georgi Adamiya da var.

Belə ki, 42 yaşlı veteran forvard "ağ qaralar"ın parlaq günlərini özündə əks etdirən videonu instagram hesabında paylaşıb.

Sanki bununla o, indiki rəhbərliyi "ötən günlər hara, bu "Neftçi" hara" dilemması qarşısında qoymuş olub.

Adamiya "Neftçi"də 2005-2008-ci illər aralığında çıxış edib. O, bu müddətə Azərbaycan çempionu olub və Birlik Kubokunu qazanıb.

XANOĞLAN / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti