"Neftçi"nin baş məşqçisinə təklif göndərib? - Səudiyyə Ərəbistanının iki klubu

9 İyun 2023 20:20 Neftçi 1 217
"Neftçi"nin baş məşqçisinə təklif göndərib? - Səudiyyə Ərəbistanının iki klubu

"Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Sportinfo.az "Playsport.ro" nəşrinə istinadən xəbər verir ki, sözügedən ölkənin iki klubundan 48 yaşlı mütəxəssisə dəvət gəlib.

Nəşr Rumıniyalı baş məşqçinin "ağ-qaralar"ı tərk edəcəyini bildirib. Onun Qətərdən də bir təklifinin olduğu vurğulanıb.

Laurentsiu Regekampfın “Neftçi” ilə müqaviləsi 2024-cü ilin yayına qədərdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti