"Neftçi" Karlos Abadla maraqlanmır.
Bu barədə Sportinfo.az-a paytaxt klubundan məlumat verilib.
Bildirilib ki, “Real”ın yetirməsi onların transfer siyahısında yer.almır.
“Ağ-qaralar” ispaniyalı qapıçı ilə heç bir təmas qurulmayıb və bu haqda social şəbəkələrdə yayılan xəbərlər həqiqətdən uzaqdır.
O, 2015-2017-ci illər aralığında Madrid "Real"ının B komandasında da çıxış edib.
27 yaşlı qolkiper son mövsümü İspaniyanın üçüncü divizionunda mübarizə aparan "Herkules"də keçirib. Karyerası ərzində "Tenerife" və "Deportivo"nun da şərifini qoruyub.

