“Neftçi” Meza Kollidən sonra bu legionerlə də yolları ayırdı - SON DƏQİQƏ

9 İyun 2023 09:40 Neftçi 2 795
“Neftçi” Meza Kollidən sonra bu legionerlə də yolları ayırdı - SON DƏQİQƏ

“Neftçi” Sezar Meza Kollidən sonra daha bir legionerlə vidalaşıb.

İki ildir ağ-qara formanı geyinən paraqvaylı yarımmüdafiəçinin müqaviləsi yenilənməyibsə, gürcüstanlı hücumçuVato Arveladze ilə yollar qarşılıqlı razılaşma əsasında ayrılıb.

Onunla ötən ilin yayında 1+1 illik sözləşmə imzalanmışdı.

Məşhur Arveladze nəsilinin nümayəndəsi «Neftçi»də özünü təsdiq etməyi bacarmadı.

18 oyunda meydana ayaq basan Vato qol hesabını aça bilmədi, yalnız 2 məhsuldar ötürməylə yadda qaldı.

Gürcüstan millisinin forvardı daha əvvəl ölkəsində "Sasko", "Lokomotiv" (Tbilisi), Türkiyədə "Kasımpaşa", "Fatih Karagümrük" və Polşada "Korona"nın uğurları üçün tər töküb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti