“Neftçi” ona 182 min manat təzminat ödəməli olacaq – İstefaya göndərilsə

9 İyun 2023 01:00 Neftçi 1 440
“Neftçi” ona 182 min manat təzminat ödəməli olacaq – İstefaya göndərilsə

Rumıniya mətbuatı "Neftçi"nin Azərbaycan kubokunun finalında "Qəbələ"yə məğlubiyyətdən (0:1) sonra baş məşqçi Laurentsiu Reqekampfla işbirliyinə davam etmək istəmədiyini yazıb.

Sportinfo.az xəbər verir ki, bu iddianı “Playsport” portalı ortaya atıb.

Rumıniyalı həmkarlarımızın yazdığına görə, Regekampfın müqaviləsində müqavilənin ləğvi bəndi var və o, aktivləşdiriləcəyi təqdirdə “Neftçi” ona 100 min avro (təxminən 182 min manat) məbləğində təzminat ödəməli olacaq.

Əlavə edək ki, 47 yaşlı mütəxəssisin "ağ-qaralar"la bir illik müqaviləsi qüvvədədir.

Digər Xəbərlər
Xəbər Lenti