Bu ölkənin mediası "Neftçi"dən yazdı: "Bakıdakı ab-hava onlara…"

8 İyun 2023 17:20 Neftçi 1 211
Bu ölkənin mediası "Neftçi"dən yazdı: "Bakıdakı ab-hava onlara…"

Kipr mətbuatı "Aris"in baş məşqçisi Aleksey Şpilevskinin işini qiymətləndirərkən ötən mövsüm Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Neftçi”yə qarşı (2:0, 0:3) keçirilmiş görüşləri xatırlayıblar.

Sportinfo.az “Super Sport FM”ə istinadən xəbər verir ki, kiprli həmkarlarımız Bakıda məğlubiyyəti təcrübəsizliklə əlaqələndiriblər:

"Şpilevski 2022-ci ilin fevralında komandasına avrokuboklara vəsiqə qazandığı “Aris”ə baş məşqçi təyin edildi. Onun rəhbərliyi altında Konfrans Liqasının təsnifat mərhələsində ilk oyun əla alındı.

Axı Bakı “Neftçi”si üzərində 2:0 hesablı qələbə qazanılmışdı. Lakin Azərbaycanda keçirilən cavab oyununda belaruslu mütəxəssisin yetirmələri 0:3 hesabı ilə uduzdu.

Görünürdü ki, təcrübəsizlik və Bakıdakı oyundakı ab-hava Şpilevskinin futbolçularına təsir etmişdi. Nəticədə “Aris” turniri tərk etdi”.

“Neftçi” “Aris” səddini keçsə də, növbəti mərhələdə “Rapid”lə bacarmamışdı.

Digər Xəbərlər
Xəbər Lenti