“Emindən qısa müddətdə cavab gözləyirik”

8 İyun 2023 15:00 Neftçi 842
“Emindən qısa müddətdə cavab gözləyirik”

“Onunla danışığımız olub və öz şərtlərimiz irəli sürmüşük”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi”nin Mətbuat və Marketinq Departamentinin rəhbəri Rüstəm Allahverdiyev deyib.

Müsahib bildirib ki, komandanın kapitanı Emin Mahmudova yeni müqavilə təklif olunub. Klub rəsmisi yarımmüdafiəçidən hələ də cavab gözlədiklərini qeyd edib:

“O, müqavilə müddətinin bitməsini, daha doğrusu, kubokun finalını gözləyirdi.

Final da bitdi və təbii ki, bundan sonra ondan qısa müddətdə cavab gözləyirik. Bu, bir həftə, yoxsa 5-10 gün çəkəcək, hələ məlum deyil”.

Bizədki məlumata görə, 2017-ci ildən “ağ-qaralar”ın şərəfini qoruyan yarımmüdafiəçi bir həftə ərzində seçimini qətiləşdirəcək.

Hər halda klub funksionerləri ilə son söhbətində bu qədər zamana ehtiyacının olduğunu bildirib.

O, karyerasını Asiyada davam etdirə bilər. Bu dəfə Cənubi Koreyadan dəvət alıb.

"Daejon Sitizen" Premyer Liqanın son mövsümündə 16 qol vurmuş orta sahə oyunçusu ilə 2 illik müqavilə bağlamaq niyyətində olduğunu bildirib.

Koreyalıların çağırışını geri çevirməsə, illik 700 min avro qazana bilər. Bu isə "Neftçi"nin irəli sürdüyü şərtlərdən təqribən 2,5 dəfə çoxdur.

Paytaxt təmsilçisi komandanın liderini düşərgədə saxlamaq üçün 350 min dollarından keçməyə hazırdır. Emin bu məbləğə minimum daha 150 min dollar əlavə olunmasını istəyir.

Onun Cənubi Koreyaya yollanması həm də ailəsinin verəcəyi qərardan asılıdır. Yaxınları Rusiyaya dönməkdə israrlıdır.

Asiya ölkəsindən gələn təklifin şərtləri göz qamaşdırsa da, Mahmudovlar onun parıltısına aldanmaq istəmir. Dindar ailə Cənubi Koreyaya adaptasiya olmağın çətinllklərindən ehtiyatlanır.

Digər Xəbərlər
Xəbər Lenti