Azərbaycan klublarının formaları hərraca çıxarıldı - Ən baha, ən ucuz… FOTO

8 İyun 2023 12:40 Neftçi 949
Azərbaycan klublarının formaları hərraca çıxarıldı - Ən baha, ən ucuz… FOTO

Avropa Klub Asossiyasiyasının və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Azərbaycan klublarının formalarını hərraca çıxarıb.

Sportinfo.az xəbər verir ki, hərracda yalnız 3 klubumuzun forması yer alıb.

“Neftçi”nin kapitanı Emin Mahmudovun, “Qarabağ”ın yarımmüdafiəçisi İsmayıl İbrahimlinin və “Qəbələ”nin kapitanı Asif Məmmədovun forması auksionda olacaq.

azerbaycan-klublarinin-formalari-herraca-cixarildi

“Qarabağ”ın forması üçün ilkin qiymət 196 avro, “Neftçi”nin forması üçün 89 avro, “Qəbələ”nin forması üçün isə 90 avrodur.

Bu hərracdan əldə olunan gəlir Türkiyə və Suriyada zəlzələdən əziyyət çəkənlərə veriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!