“Emin Mahmudova imkan vermədilər, ”Neftçi”ni təşvişə saldılar” - VİDEO

8 İyun 2023 16:00 Neftçi 1 555
“Emin Mahmudova imkan vermədilər, ”Neftçi”ni təşvişə saldılar” - VİDEO

“Qəbələ” ölkə kubokunu qazanmağa layiq idi və bunu öz öyunu ilə göstərdi”.

Bu fikirlər futbol eksperti Emin Abbasova məxsusdur.

Tanınmış teleşərhçi ATV kanalında yayımlanan “Futbolumuz” verlişində “Neftçi” və “Qəbələ” arasında keçirilən kubokun final matçının (1:0) yekunu haqda rəy bildirib.

O, “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin rəqibi yaxşı incələdiyini, ağıllı taktika seçdiyini, komandanın hər mıənada üstün təsir bağışladığını söyləyib.

Abbasov qeyd edib ki, “Qəbələ”nin düzgün analizi və sürətli oyunu nominal ev sahiblərinin onların qapısı qarşısında ciddi təhlükəli vəziyyətlər yarada bilməməsinə səbəb olub:

”Emin Mahmudova göz açmağa imkan vermədilər. Bilirdilər ki, ona bir balaca imkan yaratsalar, heç nədən qol vəziyyəti yaradacaq, yaxud özü qol vuracaq.

Emini meydanın mərkəzində “bağladılar” , “Neftçi” bir-iki epizodu çıxmaq şərtiylə heç nə ilə yadda qalmadı. Təşviş içində idilər”.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti