"Bir neçə yaxşı variantım olsa da, ən konkret təklifi "Neftçi"dən aldıM"

8 İyun 2023 00:30 Neftçi 1 350
"Bir neçə yaxşı variantım olsa da, ən konkret təklifi "Neftçi"dən aldıM"

"Mənə hətta V liqa klublarından da təklif var idi".

Sportinfo.az xəbər verir ki, bunu "Neftçi"nin xorvatiyalı qapıçısı İvan Brkiç ölkəsinin mətbuatına açıqlamasında deyib.

Mövsüm başa çatdıqdan sonra "ağ-qaralar"la 2 illik yeni müqaviləyə imza atan 28 yaşlı qolkiper Bakıda xoşbəxt olduğunu bildirib:

"Ona görə də nəyisə dəyişməyə səbəb görmürəm. Daha 2 il burada oynamağa razılaşdım.

Bir neçə yaxşı variantım olsa da, ən konkret təklifi "Neftçi"dən aldım və qalmağa qərar verdim".

2022-ci ilin yanvarında "Neftçi"yə keçən İvan Brkiç bu müddətdə Premyer Liqada 37, ölkə kubokunda 9, avrokuboklarda isə 4 görüşdə meydana çıxıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti