“Heç yerə getmirəm, “Neftçi”də qalıram” – SON NÖQTƏ!

7 İyun 2023 21:00 Neftçi 2 726
“Heç yerə getmirəm, “Neftçi”də qalıram” – SON NÖQTƏ!

“Karyeramı “Araz Naxçıvan”da davam etdirəcəyimlə bağlı xəbər həqiqəti əks etdirmir.

Nə bununla bağlı təklif almışam, nə də kiminləsə danışığım olub”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi”nin qapıçısı Aqil Məmmədov deyib.

Naxçıvan təmsilçisinin növbəti mövsümdə Premyer Liqada iştirak edəcəyi ilə bağlı söhbət ortaya çıxandan 34 yaşlı qolkiperin adı “Araz Naxçıvan”la yanaşı hallanır.

Aqilin əslən Culfadan olması, Muxtar Respublika təmsilçisinin təcrübəli futbolçulara ehtiyac duyması məlum söhbətə olub.

Məmmədov “Neftçi”də qalacağını, özünü bu komandada xoşbəxt hiss etdiyini deyib:

“Neftçi”ylə müqavilə müddətinin başa çatmasına 1 il var. Heç yerə getmirəm, özümü “Neftçi”də xoşbəxt hiss edirəm və komandada qalıb, kömək etmək istəyirəm.

Ola bilsin, əslən Naxçıvandan olmağım ortaya bu cür şayiələrin çıxmasına səbəb olub”.

“Bakı”nın yetirməsi olan təcrübəli əlcək sahibi karyerası ərzində “Bakı”, AZAL, “Qəbələ” və “Neftçi”nin şərəfini qoruyub.

O, ağ-qara formada 111 oyunun iştirakçısı olub.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti