Emin Mahmudov “Neftçi”dən bir həftə vaxt aldı – SON DƏQİQƏ

7 İyun 2023 14:40 Neftçi 2 853
Emin Mahmudov “Neftçi”dən bir həftə vaxt aldı – SON DƏQİQƏ

Azərbaycan yığmasının və “Neftçi”nin kapitanı Emin Mahmudov karyerasını harada davam etdirəyinə tezliklə qərar verəcək.

2017-ci ildən “ağ-qaralar”ın şərəfini qoruyan yarımmüdafiəçi bir həftə ərzində seçimini müəyyənləşdirəcək.

Hər halda klub funksionerləri ilə son söhbətində bu qədər zamana ehtiyacının olduğunu bildirib.

O, karyerasını Asiyada davam etdirə bilər. Bu dəfə Cənubi Koreyadan dəvət alıb.

"Daejon Sitizen" Premyer Liqanın son mövsümündə 16 qol vurmuş orta sahə oyunçusu ilə 2 illik müqavilə bağlamaq niyyətində olduğunu bildirib.

Koreyalıların çağırışını geri çevirməsə, illik 700 min avro qazana bilər. Bu isə "Neftçi"nin irəli sürdüyü şərtlərdən təqribən 2,5 dəfə çoxdur.

Paytaxt təmsilçisi komandanın liderini düşərgədə saxlamaq üçün 350 min dollarından keçməyə hazırdır. Emin bu məbləğə minimum daha 150 min dollar əlavə olunmasını istəyir.

Onun Cənubi Koreyaya yollanması həm də ailəsinin verəcəyi qərardan asılıdır. Yaxınları Rusiyaya dönməkdə israrlıdır.

Asiya ölkəsindən gələn təklifin şərtləri göz qamaşdırsa da, Mahmudovlar onun parıltısına aldanmaq istəmir. Dindar ailə Cənubi Koreyaya adaptasiya olmağın çətinllklərindən ehtiyatlanır.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti