“Adətən. dünyanın istənilən yerində təyinat alan əcnəbi baş məşqçi isbat etməlidir ki, o, yerli həmkərlarından güclüdür.
Amma bizdə əzəldən fərqli durumdur”.
Bu fikirləri futbol eksperti Emin Abbasov səsləndirib. Teleşərhçi ATV kanalında yayımlanan “Futbolumuz” verlişində “Neftçi”nin çalışdırıcısı Lorentsiu Regekampfdan danışıb.
O bildirib ki, “Qəbələ”nin ölkə kubokunun finalında “ağ-qaralar”a qalib gəlməsi (1:0) Elmar Baxşıyevin rumıniyalıdan daha yaxşı mütəxəssis olmasının sübutudur:
“Bura gələn məşqçilərə həmişə “kart-blanş” və rahatlıq veriblər. yerlilər isbat eləməli olublar ki, biz əcnəbilərdən güclüyük.
Neyləyək, bizim bəxtimiz də belə yazılıb, futbolumuzun ənənəsi bu cür qoyulub”.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

