Hər komandanın bir Emini olsa... Kapitanın göz yaşları - TƏSİRLİ VİDEO

6 İyun 2023 23:00 Neftçi 1 717
Hər komandanın bir Emini olsa... Kapitanın göz yaşları - TƏSİRLİ VİDEO

“Neftçi”nin ölkə kubokunun finalında məğlub olması “Bakcell Arena”da matəm ab-havası yaratmışdı.

“Ağ-qaralar” üçün stadiona toplaşan minlərlə futbolsevər şokdan ayıla bilmirdi.

Məşqçi və futbolçu heyəti isə nə baş verdiyini anlaya bilmirdi.

Hakimin final fitindən heç 1 dəqiqə keçməmiş Laurentsiu Regekampf başda olmaqla komandanın bütün üzvləri meydanı tərk etdi. Bir anda yox çıxdılar.

Gözə dəyən yeganə şəxs Emin Mahmudov idi. Azərbaycan millisinin də şərəfini qoruyan kapitan tükü də tərpənməyənlərdən fərqli, oturaq vəziyyətdə iki əli ilə üzünü tutmuş, mövsümü titulsuz başa vurmağın təsiri altındaydı.

Göz yaşlarına hakim ola bilməyən Emin başını qaldırıb ətrafında “Neftçi”dən heç kimin olmadığını görüncə, pərt halda paltardəyişmə otağına tərəf yön aldı.

Medalların təltif olunması mərasimindən sonra da əhvalı yerində deyildi. Küncə sıxılıb, əlini üzünə tutub, başını aşağı salmışdı.

Stadionu tərk edəndə isə bir neçə azarkeşin arasına düşdü. Orada da təmkinli davranıb, bütün iradlarla razılaşdığını bildirdi.

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti