"Neftçi" və "Sabah"dan təklif - Musuya

19 Avqust 2023 04:00 Neftçi 4 549
"Neftçi" və "Sabah"dan təklif - Musuya

Rusiya Premyer Liqası təmsilçisi "Soçi"nin müdafiəçisi Musu Sissako "Neftçi" və "Sabah"ın maraq dairəsinə düşüb.

Sportinfo.az "Legalbet"ə istinadən xəbər verir ki, "Neftçi" 22 yaşlı futbolçunu birdəfəlik almaq şərti ilə icarəyə götürmək istəyir.

Klubun malili oyunçuya 250 milyon avro maaş verməyə hazır olduğu vurğulanıb. Bildirilib ki, "Neftçi" rəhbərliyi Sissako ilə daha çox maraqlanır.

Sayt yazıb ki, "Sabah" da futbolçunu heyətinə qatmaq istəyib. Ancaq tərəflər maliyyə məsələsində razılığa gələ bilməyiblər. Sissoko illik 400 min dollar tələb edib, ancaq "Sabah" Sissako 200 min dollar təklif edib.

Sissako 2022/23 mövsümündə Soçinin heyətində bütün yarışlarda 15 oyuna çıxıb və 1 qol vurub. Onun klubla müqaviləsi 30 iyun 2025-ci ilə kimi hesablanıb.

Xatırladaq ki, PSJ-nin yetirməsi olan M.Sissako "Soçi"dən əvvəl Belçika "Standard"ında oynayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!
13 İyun 03:10 Avropa çempionu oldu
13 İyun 02:20 Yeni qapıçı tapdılar