“Neftçi”yə görə yaşanan olaylar - Böyük miqdarda xərcə düşdülər

6 İyun 2023 16:20 Neftçi 951
“Neftçi”yə görə yaşanan olaylar - Böyük miqdarda xərcə düşdülər

AFFA İntizam Komitəsi "Neftçi"ni 5600 manat məbləğində cərimələyib.

Sportinfo.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, "ağ-qaralar" "Qəbələ"yə uduzduqları Azərbaycan Kubokunun final oyununda yaşananlara görə ziyana düşüb.

Paytaxt təmsilçisi görüş başa çatdıqdan sonra azarkeşlərin meydana kənar əşyalar atması ucbatından 1600, fanatların kütləvi şəkildə təhqiramiz ifadələr işlədilməsinə görə isə 4000 manat ödəyəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti