Ölkə kubokunun final qarşılaşmasında “Neftçi”nin bir nömrəli azarkeş qrupu yenə iş başındaydı.
Komandanın başa çatan mövsümdə uğursuz nəticələrinə baxmayaraq, “Forza Neftçi”nin 500-ə yaxın üzvü tribunadakı yerini tutmuşdu.
90 dəqiqə susmaq bilmədən “ağ-qaralar”a dəstək verən bakılı fanatlar hakimin start fiti ərəfəsində açdığı iri həcmli plakatla diqqətləri üzərinə çəkdi.
Parçanın üzərindəki şəkil çoxlarının marağına səbəb oldu ki, bir çox mənanı anlaya bilmədi.
Həmin şəklin mənası nə idi?
“Forza”nın simvolik adamı başının üzərində “Neftçi”nin emblemini tutmaqla, “Neftçi”nin yükünü çiyinlərimizdə daşıyırıq” mesajını verməyə çalışıb.
Fanatlar bir növ ictimaiyyətə 2009-cu ildən bu yana sevib-seçdikləri komandanın yükünü daşıdıqlarını və bundan sonra da daşıyacaqlarını ictimaiyyətə, xüsusən də klub rəhbərliyinə bəyan etməyə çalışıb.
HƏBİB / SPORTİNFO.AZ

