1 milyona satılan legioner “Neftçi”yə qayıtmaqdan imtina etdi - VİDEO

6 İyun 2023 09:40 Neftçi 6 860
1 milyona satılan legioner “Neftçi”yə qayıtmaqdan imtina etdi - VİDEO

“Neftçi”nin 2021-ci ilin sentyabrında “Olimpiakos”a satdığı Mamadu Kane geri qayıtmaq istəmir.

Transferi 1 milyon avroya baş tutmuş qvineyalı legioner bu haqda Ceyhun Sultanovun “Tiiktok” səhifəsində məlumat verib.

“Ağ-qaralar”ın sabiq idman direktoru ilə söhbətləşən 26 yaşlı yarımmüdafiəçi karyerasını hazırkı klubunda davam etdirmək niyyətində olduğunu bildirib.

Yunanıstan təmsilçisi Mamadu Kaneni ötən yaya Kipr "Pafos"una icarəyə verib. Afrikalı 2019-2021-ci illərdə "Neftçi"də oynayıb.

Afina təmsilçisi 2021-ci ilin yayında onu almışdı. Ancaq oyunçu 2020/2021 mövsümün ilk yarısını icarə əsasında "Neftçi"də keçirmişdi.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti