“Neftçi”nin futbolçusu ölkəsinin millisini bu komandaya dəyişdi

6 İyun 2023 00:40 Neftçi 1 153
“Neftçi”nin futbolçusu ölkəsinin millisini bu komandaya dəyişdi

“Neftçi”nin legioneri Ataa Caber milli komanda seçimində dəyişiklik edib.

Sportinfo.az xəbər verir ki, daha əvvəl İsrailin U-21 yığmasının kapitanı olmuş yarımmüdafiəçi bundan sonra Fələstinin uğurları üçün çalışacaq.

28 yaşlı oyunçunun sənədləri FIFA-ya göndərilib və ali futbol qurumu tərəfindən bu keçid qəbul olunub.

Fələstin administrasiyası tərəfindən səyahət sənədi alan Ataa Caber bu ay millidə debüt edə bilər.

İsrailin “Makkabi Hayfa” klubunun yetirməsi olan futbolçu bu mövsüm Azərbaycan Premyer Liqasında 28 oyunda 5 qol, 6 assistlik performans göstərib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti