“Neftçi”nin başbilənləri susqunluğu pozmağa hazırlaşır – Şura təcili toplaşır, baş məşqçi…

5 İyun 2023 14:00 Neftçi 2 578
“Neftçi”nin başbilənləri susqunluğu pozmağa hazırlaşır – Şura təcili toplaşır, baş məşqçi…

Premyer Liqada uğursuzluğa düçar olan, ardınca kubok yarışmasında da məqsədinə çatmayan “Neftçi”də gündəm dəyişib.

“Qəbələ” ilə final matçını stadiondan izləyən SOCAR rəhbərliyi Lorentsiu Regekampfın fəaliyyətindən kəskin narazılıq ifadə edib.

Elə arenada aparılan müzakirələr zamanı baş məşqçinin əleyhinə fikirlər səsləndirilib.

Ötən ilin iyununda sükan arxasına keçmiş baş məşqçinin təcili surətdə istefaya göndərilməsi masaya yatırılıb.

Həmçinin vurğulanıb ki, rumıniyalının 1 ili qüvvədə olan müqaviləsinə qarşılıqlı razılşam əsasında xitam verilməlidir.

Klubun Müşahidə Şurasının bu həftə toplanması lazım bilinib. Şuranın yeni tərkibdə ilk və hələlik son yığıncağının ötən il - dekabrın 1-də keçirilməsini yada salaq.

SPORTİNFİO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti