Prezident açıqladı - "Neftçi"nin gələcəyindən xoş olmayan PROQNOZ

5 İyun 2023 23:00 Neftçi 2 269
Prezident açıqladı - "Neftçi"nin gələcəyindən xoş olmayan PROQNOZ

"Neftçi" daha bir uğursuz mövsümü geridə qoydu.

Azərbaycan Premyer Liqasında üçüncü pilləni tutan "ağ qaralar" ölkə kubokunun finalında "Qəbələ"yə boyun əydi.

Klub rəhbərliyi üçün isə deyəsən, bu mənzərə adiləşib.

Hər halda prezident Kamran Quliyevin son açıqlamasında "növbəti mövsüm daha yaxşı "Neftçi" görəcəksiniz" - deməsinə başqa izah tapa bilmirəm.

Gələcək zamanda olacaqlar barədə danışmaq hələ tezdir. Daha yaxşı olar, lap yaxşı.

Amma fakt odur ki, bu gün vəziyyət pisdir. Elə dünən də pis idi. Bəs bunun cavabını, hesabını kim verəcək?

Kamran bəy, bu rahatçılığı haradan ala bilirsiniz ki, belə arxayın şəkildə "gələn il görüşərik" - deyirsiniz.

Normalda nəticələrdən utanıb, üzr istəyib getməyiniz lazımdır. Axı istefa özü də bir mədəniyyətdir.

Quliyevin həmin mədəniyyəti ortaya qoyması bir kənara, açıqlamasının davamı əvvəlindən də betərdir.

Rəhbər şəxs vəd verib ki, 7-8 sanballı transfer ediləcək. Hətta "top-5" ölkələrdən danışıqların aparıldığı futbolçuların olduğunu da böyük şövqlə dilə gətirib.

Deməli, bu adamların daha yaxşı olacaq, daha gözəl oynayacağıq əminliyinin kökündə yenə bahalı transferlər, sanballı futbolçular durur. Bir sözlə, pulların sel kimi çölə axıdılması davam edəcək.

Deməli, arxada qalan illər hələ də dərs olmayıb ki, ortaya uğurlu iş qoymaq üçün, ancaq yaxşı büdcənin olması yetərli deyil. Heç "top-5" liqalardan futbolçu gətirmək də uğurun qarantisi ola bilməz.

Sistem çürükdüsə, səlahət sahibləri hamısı vicdanla çalışmırsa heç nə düzələn deyil.

İlk öncə sizin kimilərin inkişaf modelini doğru qavraması, təfəkkürünü dəyişməsi mütləqdir.

Vallah əks halda nəinki növbəti mövsüm, heç növbəti illərdə də indiki "Neftçi" rəhbərliyi ilə yaxşı nəsə olası deyil.

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti