“Neftçi” yerli statuslu daha bir futbolçu ilə “nigah” bağladı

4 İyun 2023 17:45 Neftçi 5 572
“Neftçi” yerli statuslu daha bir futbolçu ilə “nigah” bağladı

“Neftçi” Emil Balayevdən sonra daha bir futbolçunu son anda “Zirə”nin “əlindən alıb”.

Bir neçə gün öncə “Qarabağ”dan ayrılan Filip Ozobiç bundan sonra karyerasını ağ-qara formada davam etdirəcək.

Milliləşdirilmiş yarımmüdafiəçi ona daha yaxşı maliyyə şərtləri təklif edən “Neftçi” ilə əl sıxıb.

Yığmamızın xorvat kökənli oyunçusu paytaxt təmsilçisi ilə 2 illik müqaviləyə imza atıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
15 Dekabr 18:50 Çək və bizə göndər!
15 Dekabr 08:30 Zamiq oynadı, uddular
15 Dekabr 02:30 Ay Can, ay Can...