BİABIRÇILIQ: "Neftçi" bu günlərə necə gəldi düşdü?"

4 İyun 2023 22:00 Neftçi 1 348
BİABIRÇILIQ: "Neftçi" bu günlərə necə gəldi düşdü?"

Azərbaycan Premyer Liqasını üçüncü pillədə başa vuran "Neftçi" bütün ümidlərini ölkə kubokuna bağlamışdı.

Həlledici görüşdə "Qəbələ"nin qəbul edən "ağ qaralar"ın qələbəsinə fanatlar çox inanırdı.

Heç olmasa ikinci cəbhədə qazanılacaq kubok onları nisbətən ovundura bilərdi.

Amma 0:1 məğlub olan Regekampfın yetirmələri onların bur arzusunun üzərindən də xətt çəkmiş oldu.

Başverənlərdən qəzəblənən trubunalarda olan fanatlar final fitindən sonra arenada istefa şuarı səsləndirdisə, sosial şəbəkələrdə olanlar da üz tutdu klubun sosial şəbəkə hesablarına. Tənqid edəni də oldu, təhqirə keçəni də. Nisbətən abırlı şərhləri sizə təqdim edirik:

"Bu "Neftçi"nin yiyəsi yoxdur".

"Bütün ah-naləmi üstünüzə tökərək deyirəm - Qazandığınız pulları çarəsi tapılmayan xəstəliklərə xərcləyəsiniz".

"Heyətin tən yarısı "Neftçi"də oynamağa hazır deyil. Buraxın getsinlər".

"Deməyə söz tapmıram. "Neftçi" bu günlərə necə gəldi düşdü?".

"Qəbələ" "Neftçi"ni evində "basdırdı".

"Yəni bundan sonra da klub rəhbərliyi istefa vermirsə, sözümüz yoxdur".

"Rəhbərlik gedənə kimi klubun hər şeyin boykot edirəm".

"6 yaşlı oğlumun 90 dəqiqə dayanmadan "Neftçi" kubok qazanacaq" qışqırması haram xoşunuz olsun. Burnunuzdan gəlsin".

"Bu qədər uğursuzluğun bəhanəsi yoxdur. İstefa verin".

"Adamı öz meydanında boyunu bu cür yerə soxurlar. Sonra da məcbur edirlər ki, seyr elə. Utanın yerə girin. Ölün!".

"Dağdan ağır "Neftçi"ni, gör, nə günə salıblar".

"Neftçi" dəfn edildi".

"Üzünüz qara olsun".

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti