"Neftçi"nin sabiq prezidenti Sadıq Sadıqov ölkə kubokunun finalını canlı izləmək üçün "Bakcell Arena"ya təşrif buyurub.
O. "Neftçi"ylə "Qəbələ" arasındakı qarşılaşma zamanı stadionda görüntülənib.
Sadıqov matçdan əvvəl klubun hazırkı prezidenti Kamran Quliyevlə bir neçə dəqiqə söhbət etdikdən sonra VİP-lojaya qalxıb.
"Ağ-qaralar" Sadıq Sadıqovun 6 illik fəaliyyəti dövründə 3 dəfə Azərbaycan çempionu olub, 2 dəfə ölkə kubokunu qazanıb, ölkə futbolu tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.
HƏBİB / SPORTİNFO.AZ