
"Komandaya, baş məşqçiyə və azarkeşlərə böyük ümidimiz var".
Sportinfo.az xəbər verir ki, bu sözlər "Neftçi"nin prezidenti Kamran Quliyevə aiddir.
O, Azərbaycan Kubokunu qazanacaqlarına inandığını söyləyib:
"Bildiyim qədər stadion da dolu olacaq. Bizim üçün çox vacib qarşılaşmadır.
"Neftçi" hər zaman meydana qələbə üçün çıxır. Qalib gələcəyimizə inanıram ".
Azərbaycan Premyer Liqasında mövsümü üçüncü pillədə başa vuran “Neftçi” ölkə kubokunun finalında iyunun 3-də “Qəbələ” ilə qarşılaşacaq.