
"Emin Mahmudov gələcək karyerası ilə bağlı qərar qəbul etməyib. Bunu sizə dəqiq deyirəm".
Sportinfo.az xəbər verir ki, bu sözləri "Neftçi"nin prezidenti Kamran Quliyev deyib.
Emin Mahmudov 2017-ci ildən "Neftçi"də oynayır. O, kapitana yeni müqavilə təklif etdiklərini bildirib:
"Onunla söhbətim olub. Kubokun finalından sonra qərarını verəcək. Söhbət tək maddiyyatla bağlı deyil.
Əgər Emin "Neftçi"də qalsa, ölkədə ən çox maaş alan futbolçulardan birincisi olacaq, ən pis halda "3-lük"də yer alacaq
Ona çox yaxşı təklif etmişik. Layiq olduğu təklifdir, haqq etdiyi. Son ilin performansı digər illərə nisbətən daha yaxşı idi.
Emin Mahmudov Azərbaycanda tək "Neftçi"ni düşünür. Xaricə getməli olsa, sırf öz üçün yeni macəra olacaq. Dəqiq deyim ki, qərar verməyib".