“Neftçi” və “Qəbələ” - Hərənin öz vaxtı var

2 İyun 2023 01:50 Neftçi 690
“Neftçi” və “Qəbələ” - Hərənin öz vaxtı var

İyunun 3-də saat 20:00-da “Bakcell Arena” stadionunda “Neftçi” və “Qəbələ” arasında Azərbaycan kubokunun final matçı keçiriləcək.

Sportinfo.az Bakı klubunun rəsmi saytına istinadən xəbər verir ki, həlledici qarşılaşmadan öncə baş tutacaq hazırlıq məşqləri və mətbuat konfranslarının vaxtı müəyyənləşib:

2 iyun, saat 17:30 – “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampfın mətbuat konfransı;
2 iyun, saat 18:00 – “Neftçi”nin oyunöncəsi son məşqi (ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq);
2 iyun, saat 19:30 – “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı;
2 iyun, saat 20:00 – “Qəbələ”nin oyunöncəsi son məşqi (ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq).

Digər Xəbərlər
Xəbər Lenti