“Neftçi”nin prezidenti: “Düzdür, baş məşqçi ilə bağlı qərarı tək mən vermirəm, amma...”

2 İyun 2023 00:40 Neftçi 570
“Neftçi”nin prezidenti: “Düzdür, baş məşqçi ilə bağlı qərarı tək mən vermirəm, amma...”

“İnanmıram ki, ölkə kubokunun finalındakı nəticə Lorentsiu Regekampfın buradakı taleyinə aydınlıq gətirsin”.

Sportinfo.az xəbər verir ki, bu sözlər “Neftçi”nin prezidenti Kamran Quliyevə aiddir.

Funksioner rumıniyalı baş məşqçinin komandadakı taleyinin Azərbaycan Kubokunun final oyununun nəticəsindən asılı olmadığını vurğulayıb.

O, Regeyə güvəndiklərini bildirib: “Düzdür, qərarı tək mən vermirəm. Amma ona inamımız var”.

Azərbaycan Premyer Liqasında mövsümü üçüncü pillədə başa vuran “Neftçi” ölkə kubokunun finalında iyunun 3-də “Qəbələ” ilə qarşılaşacaq.

Laurentsiu Regekampfın “Neftçi” ilə müqaviləsi 2024-cü ilin yayına qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti