
“Neftçi” bu yay yerli futbolçularla güclənəcək.
Sportinfo.az xəbər verir ki, bu barədə “ağ-qaralar”ın prezidenti Kamran Quliyev bildirib.
O, Azərbaycan Premyer Liqasında çıxış edən klublardan 1 və ya 2 oyunçunu heyətlərinə qata biləcəklərini vurğulayıb.
Quliyev “Səbail"in qapıçısı Emil Balayev və "Qarabağ"dan ayrılan Filip Ozobiçin də "ağ-qaralar"a mümkün keçidini istisna etməyib:
"Ola bilər. Hələlik hər şeyi deməyim".