“Neftçi” Portuqaliya çempionu ilə maraqlanır

1 İyun 2023 21:20 Neftçi 4 160
“Neftçi” Portuqaliya çempionu ilə maraqlanır

“Sabah”ı tərk edən Abdulaye Ba karyerasını Azərbaycanda davam etdirə bilər.

32 yaşlı futbolçunun xidmətində bir neçə klub maraqlıdır.

“Elçilər”in başında “Neftçi” dayanır. Mert Çeliklə icarə müqaviləsini uzatmaq istəməyən, Solomon Kvirkveliyanın çıxışından razı qalmayan, Voislav Stankoviçin yaşını nəzərə alan məşqçilər heyəti təcrübəli mərkəz müdafiəçisi axtarışındadır.

Banın buna qədər Azərbaycanda yaşaması və çempionatımıza bələd olması “ağ-qaralar”ı hərəkətə keçməyə məcbur edib.

Seneqal millisinin sabiq üzvünü heyətinə qatmaq istəyənlərin siyahısı “Qəbələ”, “Səbail” və “Zirə” ilə genişlənir. Hər biri Banın təcrübəsindən yararlanmaq istəyir.

Di gəl, maaş və şərait məsələsi Badan razılıq cavabı almağı əngəlləyir.

Abdulaye Ba vaxtilə “Portu” ilə Portuqaliya çempionu olub, 3 dəfə superkuboku qazanıb, “Fənərbağça”nın heyətində gümüş medal alıb, “Rayo Vallekano” ilə Sequndada çempionluq sevinci yaşayıb, daha sonra La Liqada çıxış edib, 6 oyunda Seneqal millisinin şərəfini qoruyub.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti