“Neftçi”: 9 il əvvələ dönüş - VİDEO

1 İyun 2023 20:00 Neftçi 592
“Neftçi”: 9 il əvvələ dönüş - VİDEO

İyunun 3-də diqqətlər “Bakcell Arena”ya yönələcək.

Şənbə günü “ağ-qaralar” ölkə kubokunun final görüşü çərçivəsində “Qəbələ” ilə üz-üzə gələcək.

Avropa Konfrans Liqasında iştirakı təmin edən hər iki komanda bu oyuna imic mübarizəsi üçün çıxacaq.

Sonuncu dəfə 4 il əvvəl finalda oynayan və “Sumqayıt”ı məğlub edən bölgə təmsilçisi azarkeşlərini növbəti dəfə sevindirmək niyyətindədir. Kubok qazanılsa, bu, növbəti mövsümün büdcəsinə öz təsirini göstərə bilər.

Qənimət daha çox “Neftçi”yə lazımdır. Bakılılar heç bir halda mövsümü titulsuz başa vurmaq istəmir.

Azarkeşlər komandaya arxa çevirib, sponsorlar “hədiyyə” gözləyir. Finaldakı mümkün məğlubiyyət klubda köklü islahatlara yol açacaq.

Digər məqam “Neftçi”nin son 7 ildə kubokun həlledici qarşılaşmasının həyəcanını hiss etməməsidir.

Ölkənin ən köklü klubu sonuncu dəfə 2015-16 mövsümündə finalda iştirak edib. Əsas vaxtı qolsuz bərabərliklə başa çatan oyuna əlavə olunmuş dəqiqələrdə “Qarabağ”ın vurduğu qol ağdamlılara “ənam” qazandırmışdı.

“Neftçi”nin kubok qazanmasından isə düz 9 il ötür. 2013-14 mövsümündə “Qəbələ” ilə görüş penalti zərbələrinə qədər uzanmışdı.

“Lotereya”da dəqiq oynayan bakılılar Böyükağa Hacıyevin rəhbərliyi altında qızıl dönəmin sonuncu titulunu muzeyə aparmışdı.

İyunun 3-də “Bakcell Arena”da keçiriləcək “Qəbələ” – “Neftçi” oyunu saat 20.00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"