
“Əminəm ki, gələn mövsüm tam başqa “Neftçi” olacaq”.
Sportinfo.az xəbər verir ki, bunu “Neftçi”nin prezidenti Kamran Quliyev deyib.
Klub rəhbəri əsas komandanın nəticələrinə görə, azarkeşlərin narazılıqlarına da münasibət bildirib. O, növbəti mövsümlə bağlı da iddialı danışıb:
“Narazılıqlar yersiz deyil, başa düşürük. Azarkeşlər komandadan uğurlu nəticə gözəyirlər.
Ambisiyalı, ciddi Müşahidə Şuramız var. Hədəflərimiz həmişə böyük olub. Amma bunu gerçəkləşdirmək üçün imkanlar məhdud idi.
İnanıram ki, sponsorun, Müşahidə Şurasının dəstəyi ilə gələn mövsüm tam fərqli olacağıq. Bunun üçün əsaslar da var”.