"Neftçi"nin prezidenti "Top-5" ulduzları vəd etdi: “Minimum 7-8 transfer olacaq”

1 İyun 2023 17:20 Neftçi 2 502
"Neftçi"nin prezidenti "Top-5" ulduzları vəd etdi: “Minimum 7-8 transfer olacaq”

"Yaxşı transferlər etməyi planlaşdırırıq, çiddi klublarda çıxış edən futbolçularla danışıq gedir.

Hətta söhbət top-5 liqaların komandalarının futbolçularından gedir".

Sportinfo.az xəbər verir ki, bunu "Neftçi"nin prezidenti Kamran Quliyev deyib.

45 yaşlı funksioner baş məşqçi Laurentsiu Regekampfa inandıqlarını bildirib:

"Daha güclü heyətə malik olacağıq. Dəyişməyin də mənası olmalıdır. Komanda tam da istədiyimiz oyunu göstərə bilmir.

Amma biz baş məşqçiyə, futbolçulara da inanırıq. Gələn oyunçular yeni rəng qatacaqlar.

Təkcə Azərbaycan Premyer Liqası üçün yox, Avropada uğur qazanmaq üçün çox ambisiyalı heyət yığırıq.

Bir az gözləmək lazımdır. Artıq çox aktiv işlər gedir. Minimum 7-8 transfer olacaq.

Demək olar ki, hər mövqeyə oyunçu alacağıq. Yaxşı futbolçu tapmaq çox çətindir.

Hər il Sabir Buqrin və Mamadu Kane kimi oyunçu gətirmək asan deyil".

Digər Xəbərlər
Xəbər Lenti