Rəhbər şəxsdən Emin Mahmudovla bağlı önəmli açıqlama - SON DƏQİQƏ

1 İyun 2023 15:00 Neftçi 1 902
Rəhbər şəxsdən Emin Mahmudovla bağlı önəmli açıqlama - SON DƏQİQƏ

İyunun 1-də "Neftçi" klubu yeni forma sponsoru ilə müqavilə bağlayıb.

Sportinfo az-ın məlumatına görə, bununla bağlı "Bakcell Arena"da tədbir keçirilib.

"Errea" şirkəti paytaxt klubunun yeni forma sponsoru olub.

Tərəflər arasında müqaviləni "Neftçi"nin prezidenti Kamran Quliyev ilə "Errea Sport S.p.A"nın ixrac üzrə meneceri Karlo Stromati imzalayıblar.

Razılaşma 2 illik nəzərdə tutulub.

İmza mərasimindən sonra klubun prezindetinə ünvanlanan suallardan biri də Emin Mahmudovla bağlı olub.

Rəhbər şəxs "kapitanı növbəti mövsüm yeni forma dəstində görəcəyikmi?" - sualını belə cavablayıb:

"Azərbaycan futbolçuları ölkə çempionatında pik zirvəsinə çatandan sonra düşünürlər. Emin Mahmudov dəqiq deyirəm sizə heç bir qərar verməyib. Onunla söhbətim olub. Kubokun finalından sonra qərarımızı verəcəyik. Bərabər oturub qərar verəcəyik. Söhbət tək maddiyyatla bağlı deyil.

Əgər Emin "Neftçi"də qalsa, ölkədə ən çox maaş alan futbolçulardan üçlükdə olacaq. Ona çox yaxşı təklif etmişik. Layiq olduğu təklifdir, haqq etdiyi. Son ilin performansı digər illərə nisbətən daha yaxşı idi.

Emin Mahmudov Azərbaycanda tək "Neftçi"ni düşünür. Xaricə getməli olsa, sırf öz üçün yeni macəra olacaq. Dəqiq deyim ki, qərar verməyib. Üç-dörd gün əvvəl söhbətimiz olub. Hələ qərar verməyib. Kubokdan sonra biləcəyik".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti