
«Neftçi»nin baş məşqçisi Lorentsiu Regekampf xidmətində maraqlı olmadığı futbolçuların siyahısına yeni ad əlavə edib.
Rumıniyalı çalışdırıcı Rəhman Hacıyevi sərəncamında görmək istəmir.
Şərqi avropalı mütəxəssis ötən ilin yayında «Şamaxı»dan qayıtmış yarımmüdafiəçinin komandaya yaramadığını bildirib.
Rege funksionerlərlə söhbətində orta sahə oyunçusunun ya yenidən icarəyə göndərilməsini, ya da müqaviləsinə xitam verilməsini məsləhət görüb.
SPORTİNFO.AZ