
«Neftçi» yeni tərəfdaş tapıb.
«Errea» paytaxt klubunun forma sponsoru olub.
Son illərdə «Nike» ilə əməkdaşlıq etmiş «ağ-qaralar» artıq İspaniya brendi ilə anlaşıb.
Adıçəkilən marka növbəti 2 ildə «Neftçi»ni geyindirəcək. Bu kontrakt bakılıları maliyyə cəhətdən xeyli irəli salıb.
«Errea» onların həm əsas, həm də aşağı yaş qrupları üzrə komandalarını geyim dəstləri ilə təmin edəcək.
SPORTİNFO.AZ