
“Hislərimi izah etməkdə çətinlik çəkirəm. Bu dəqiqə o qədər xoşbəxtəm ki”.
“Qarabağ”ın futbolçusu Leandro Andrade “Qarabağ”ın qızıl medallara qovuşduğu gün Sportinfo.az-a açıqlamasında əldə etdikləri uğur barədə söz açıb.
Kabo Verde millisinin də şərəfini qoruyan istedadlı yarımmüdafiəçi karyerasında ilk “qızıl”ı Azərbaycanda qazandığını, ən möhtəşəm mövsümü burada keçirdiyini gizlətməyib:
“Sevincimdən havada uçuram. Məni ən çox sevindirən “Qarabağ” ailəsinin bir parçası olmaqdır. Azarkeşlərdən bu cür sevgi görməz adama inanılmaz güc verir.
Həyatda ən böyük arzum futbolçu olmaq, uğur qazanmaq, sevilmək idi. Uşaq yaşlarımdan bu arzu ilə yaşamışam".
2022-ci ilin yanvarında “Qarabağ”la müqavilə bağlayan Leandro Andrade başa çatan mövsümdə bütün yarışlarda meydana çıxdığı 35 oyunda 8 qol vurub, 16 məhsuldar ötürmə verib.
HƏBİB